Bakıda çoxmərtəbəli yeni bina hər an çökə bilər - VİDEO

Gündəm 29 Aprel 2024 23:24 Oxunub 290
Bakıda çoxmərtəbəli yeni bina hər an çökə bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda 4 il əvvəl istifadəyə verilən çoxmərtəbəli binada yaşayan bir qrup sakin gələcəkdə ciddi təhlükə ilə üz-üzə qalacaqlarından narahatdırlar.

Məlumata görə, Əliəşrəf Əlizadə küçəsində "ÇARBAĞ MMC" tərəfindən inşa edilən  binanın sakinləri  zirzəmiyə fasiləsiz su axdığını iddia edir.

Onlar deyir ki, belə davam edərsə, 2020-ci ildə istismara verilən çoxmərtəbəli yaşayış binasında vəziyyət təhlükəli həddə çatacaq.

Sakinlərin sözlərinə görə, şikayətlərdən sonra əraziyə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib. Fövqəladə Hallar BNazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, çoxmətəbəli yaşayış binasının zirzəmisində torpaqla təmasda olan yol boyu yan divardan su sızması faktı təsdiqini tapıb. Vurğulanıb ki, bu hər an xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.

Ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh