Şəhid Əhməd Məmmədova həsr edilən sənədli filmin təqdimatı keçirilib - FOTO

Gündəm 16 Aprel 2024 22:20 Oxunub 302
Şəhid Əhməd Məmmədova həsr edilən sənədli filmin təqdimatı keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan Əhməd Məmmədovun şəhadətə ucalmasının 30-cu ildönümüdür.

Bununla bağlı Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib.

Şəhid ailələrinin üzvləri, qazilər, dövlət və ictimaiyyət nümayəndələri, fəlsəfə doktoru Mail Yaqub, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Hacızadə Tərlan, millət vəkilləri Ceyhun Məmmədov və Müşfiq Məmmədlinin iştirak etdiyi tədbirdə Əhməd Məmmədovun həyatı və döyüş yolundan bəhs edən sənədli filmin təqdimatı baş tutub.

Tədbirdə öncə şəhid Əhməd Məmmədov barəsində məlumat verilib. Daha sonra şəhidin oğlu, jurnalist Zaur Əhməd çıxış edərək bildirib ki, Azərbaycan xalqının yaddaşında hər bir şəhidin qəhrəmanlıq dastanı əbədi olaraq qalacaqdır. Sonra o, hazırlanan “Şəhid Əhməd – Oğluma məktub” filminin necə ərsəyə gəlməsindən danışıb. Daha sonra filmin ssenari müəllifi, ehtiyatda olan zabit Seymur Şahbazzadə çıxış edib.

Qeyd edilib ki, filmdə müharibənin ilk illərindən son qələbəyə kimi baş verən proseslər əks olunub və ağır mühəribə dövründən mütləq qələbəyə qədərki hadisələr yer alıb.

Sənədli filmin təqdimatından sonra şəhər icra hakimiyyətinin nümayəndələri, millət vəkilləri, ictimaiyyət adamları çıxış edərək fikirlərini bölüşüblər.

DSC 7472

 

DSC 7479

 

DSC 7510

 

DSC 7529

 

DSC 7550

 

DSC 7485

 

DSC 7539

 

DSC 7581

 

DSC 7590

 

DSC 7609

 

DSC 7576

 

DSC 7637

 

DSC 7570

 

DSC 7574

ŞƏRH YAZ
Ad

E-mail

Şərh