Azərbaycanlı iş adamı qətlə yetririldi - VİDEO

Hadisə 20 Aprel 2024 15:05 Oxunub 6316
Azərbaycanlı iş adamı qətlə yetririldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada azərbaycanlı iş adamı Nazim Əhmədovun qətlə yetrilmə görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 20-də Moskva ətrafı Balaşixada baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, hərəkətdə olan qara rəngli avtomobilin ara küçəyə daxil olduğu və bu anda “kapuşon”lu bir şəxsin onu izlədiyi görülür. Bundan sonra həmin şəxs, avtomobilni park etdikdən sonra nəqliyyat vasitəsindən enən sürücüyə tərəf qaçaraq onu tapança ilə vurur.

Yerli KİV-in məlumatına görə, naməlum şəxs tərəfindən silahla vurulan 61 yaşlı azərbaycanlı iş adamı Nazim Əhmədov olub.

Bildirilir ki, N.Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən “Yunis” adlı mağazanı idarə ediblər.

Əhmədovun qohumlarının söylədiklərinə görə, mərhum bundan əvvəl də ölümlə təhdid olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh