Bakıda institut əməkdaşına saxta sürücülük vəsiqəsi hədiyyə edilibmiş

Hadisə 29 Aprel 2024 23:42 Oxunub 286
Bakıda institut əməkdaşına saxta sürücülük vəsiqəsi hədiyyə edilibmiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda saxta sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi idarə edən “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun mütəxəssisi cinayət məsuliyyətinə cəlb edilib. Publika.az-ın məlumatına görə, institunun əməkdaşı olan 1988-ci il təvəllüdlü Əbülfəz S-in istifadə etdiyi sürücülük vəsiqəsinin saxta olması müəyyənləşib. Onun barəsində Cinayət Məcəlləsinin 320-ci (Sənədlərin saxtalaşdırılması) maddəsi ilə cinayət işi açılıb. Əbülfəz S. ifadəsində bildirib ki, sənədin saxta olmasını əvvəldən bilməyib. O, sürücülük vəsiqəsinin həyat yoldaşı tərəfindən ona hədiyyə edildiyini qeyd edib.

Barəsində cinayət işi açılan məmurun həyat yoldaşı isə vəsiqəni 600 manata tanışı vasitəsilə aldığını bildirib. Yasamal rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Əbülfəz S-ə 1000 manat cərimə cəzası verilib. Onun təqdim etdiyi saxta vəsiqə də müsadirə edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh