Bakıda özünə xəsarət yetirərək uşaq evindən qaçan qız tapıldı

Hadisə 16 Aprel 2024 21:09 Oxunub 256
Bakıda özünə xəsarət yetirərək uşaq evindən qaçan qız tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda uşaq evində intihara cəhd olub. “Qafqazinfo” xəbər verir ki, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı M.Ağayeva (şərti) qollarına kəsici alətlə xəsarətlər yetirib. O, daha sonra müəssisəni tərk edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, yeniyetmə qız artıq tapılıb: “Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan, 16 yaşlı qız M.A-nın oradan qaçması və özünə xəsarət yetirməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan M.A Binə qəsəbəsində tapılıb və uşaq evinə qaytarılıb. İlkin müayinə zamanı, onun qol nahiyəsində xəsarətlər aşkar edilib. Araşdırmalar davam etdirilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh