Cəlilabad sakini odlu silahı könüllü təhvil verib - FOTO

Hadisə 16 Aprel 2024 23:23 Oxunub 320
Cəlilabad sakini odlu silahı könüllü təhvil verib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabad rayon sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahı, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh