Aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib

Xəbərlər 29 Aprel 2024 22:21 Oxunub 256
Aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistanın Qoa ştatında yerləşən Dabolim Beynəlxalq Hava Limanındakı təhlükəsizlik qüvvələri aeroport rəhbərliyinə bomba təhdidi ilə bağlı məlumat daxil olandan sonra döyüş hazırlığı vəziyyətinə gətirilib. “Report” xəbər verir ki, bu barədə hava limanının direktoru Dhanamcaya Rao bildirib.

“Biz bomba təhlükəsi ilə bağlı elektron məktub aldıq. Dərhal təhlükəsizlik xidmətlərimizi və aviaşirkətlərimizi xəbərdar etdik. Yaranmış təhlükə ilə bağlı lazımi tədbirlər görülür”, - ANI agentliyi onun sözlərindən sitat gətirib.

D.Raonun sözlərinə görə, fövqəladə hal uçuş cədvəllərinə təsir etməyib:

“Hazırda təşviş yoxdur. Uçuşlar adi qaydada həyata keçirilir. Biz əlavə təhlükəsizlik yoxlamaları aparırıq”.

Qoanın ən qədim hava limanı Dabolim Hindistanın cənubundakı Panaci şəhərində yerləşir. O, Hindistan Hərbi Dəniz Qüvvələrinin “Hansa” hərbi bazasının bir hissəsidir. Aeroport həm yerli, həm də beynəlxalq hava daşıyıcılarına xidmət edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh