Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır - FOTO

Xəbərlər 16 Aprel 2024 22:40 Oxunub 302
Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşların, xüsusən təqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədilə lövhələr quraşdırılıb. Bu lövhələrdə kiberdələduzluqla məşğul olan cinayətkar şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumat yerləşdirilib.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a bildirilib ki, son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir. Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh