Viktoriya Bekhem yubileyini keçirmək üçün şəxsi təyyarə ilə Fransaya UÇDU - FOTO

Xəbərlər 20 Aprel 2024 13:40 Oxunub 208
Viktoriya Bekhem yubileyini keçirmək üçün  şəxsi təyyarə ilə Fransaya UÇDU    - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Viktoriya Bekhemin 50 yaşını harada və necə qeyd etdiyi üzə çıxıb. 

Avtosfer.az xəbər verir ki, insayderlərin “The Sun”a verdiyi məlumata görə, doğum günü qızı əri, uşaqları, valideynləri və dostları ilə birlikdə Fransanın “Kot d'Azuruna – Rivier”adakı ən qədim orta əsr şəhərlərindən biri olan “Saint-Paul del Vence” şəhərinə gediblər. 

Doğum günü məclisini isə David Beckham təşkil edib. 

Şam yeməyi ən məşhur yerli restoranlardan biri olan “La Colombe d'Or”da keçirilib. Məkan Fransanın ən prestijli restoranlarından biri hesab olunur və zəngin tarixə malikdir. Bura Bekhem cütlüyünün sevimli restoranlarından biridir. İnsayderlər şam yeməyinin qiymətini 200 funt sterlinqdən başlayaraq (təxminən 422 manat) artır. Viktoriya axşamını “zərif şərabdan, sevimli ağ balıqdan həzz alaraq və Aralıq dənizinin mənzərəsinə heyranlıqla” keçirib. 

Bekhemlər Fransaya nahar etmək üçün şəxsi təyyarə ilə cəmi bir günə uçublar. Axşam isə ailə Londona qayıdıb və Viktoriyanın yubileyini qapalı klubda qeyd etməyə davam ediblər.  

bizim.media

ŞƏRH YAZ
Ad

E-mail

Şərh