Biləcəridə maşınların üzərinə “protiv” gedən sürücü - 90-FT-026 - VİDEO

Qaydalar 29 Aprel 2024 13:39 Oxunub 474
Biləcəridə maşınların üzərinə “protiv” gedən sürücü - 90-FT-026   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qayda pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər   müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan 90-FT-026 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü əks istiqamətli yolla hərəkət edir. Belə ki, sıxlığa düşmək istəməyən sürücü qarşı tərəfə keçərək digər hərəkət iştirakçılarına qəza riski yaradır. Digər görüntüdə isə o, anidən manevr edərək park edilmiş avtomobilin önündən keçir. Bununla kifayətlənməyən sürücü dairəvi hərəkət təşkil olunmuş yolayrıcında da “protiv” hərəkət edir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh