Tıxacda qalmaq istəməyən sürücü avtobus zolağıyla hərəkət etdi - VİDEO

Qaydalar 16 Aprel 2024 18:18 Oxunub 270
Tıxacda qalmaq istəməyən sürücü avtobus zolağıyla hərəkət etdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücü törətdiyi qayda pozuntusunu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 15-i axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan 90-MV-661 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü avtobus zolağıyla hərəkət edib. Belə ki, o, yoldakı sıxlığı qayda pozmaqla dəyərləndirib. Hətta sürücü özünü videoya çəkib və “kamera çəkməsin deyə dua edərəm” başlığıyla paylaşıb. 
Qeyd edək ki, avtobus zolağına daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinə 327.1-ci maddəsinə uyğun olaraq, 40 manat cərimə oluna bilər. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh