YPX postlarını keçən kimi sürəti artıran sürücülərin diqqətinə! - RADAR VAR - VİDEO

Qaydalar 15 Aprel 2024 10:00 Oxunub 16172
YPX postlarını keçən kimi sürəti artıran sürücülərin diqqətinə! - RADAR VAR  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülərdən biri qarşılaşdığı hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Avtosfer.az xəbər verir ki, Bakı-Ələt yolunda hərəkət edən sürücü Qaradağ postunu keçən zaman sürət həddini aşdığı üçün radara düşüb. Sürücü video müraciət edərək bunun nə qədər doğru olub-olmadığını soruşub.

Sürücünün sualına cavab olaraq bildiririk ki, cərimə tam qanuni şəkildə tətbiq edilib. Çünki posta yaxınlaşmamışdan öncə hərəkət sürəti 60 km/saatdır. Postu keçdikdən sonra həmin hərəkət rejimini qüvvədən salan əlavə bir nişan olmadığı üçün sürücülər hərəkət sürətini 60-dan yuxarı qaldıra bilməzlər. İndiki halda növbəti sürət nişanına qədər 60-la sürmək məcburi hesab olunur. Əks halda sürət həddini aşan sürücülər radara düşə bilərlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh