Ağcabədidə qəribə qəza: “Mercedes” “VAZ”ın altında qaldı - VİDEO

Qəzalar 29 Aprel 2024 19:03 Oxunub 280
Ağcabədidə qəribə qəza:  “Mercedes” “VAZ”ın altında qaldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağcabədi rayonu Avşar kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 29-u səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil, “VAZ-21011” markalı maşınla toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət olub. Nəticədə idarəetmədən çıxan “Mercedes” “VAZ”ı vuraraq altında qalıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh