Güzgüyə baxmadan maşını geriyə sürən sürücü “Prius”a çırpıldı - ANBAAN VİDEO

Qəzalar 15 Aprel 2024 18:27 Oxunub 9058
Güzgüyə baxmadan maşını geriyə sürən sürücü “Prius”a çırpıldı   - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmirdə qayda pozan sürücülərin törətdiyi qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 7-saat 10:58 radələrində qeydə alınıb. Belə ki, 99-MX-226 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil, “Toyota Prius” markalı maşına çırpılıb. Görüntüdən aydın olduğu kimi, “Hyundai” sürücüsü güzgüyə baxmadan avtomobili arxaya verir. Bu zaman yolu dönən “Prius” sürücüsü geriyə hərəkət edən avtomobilə fikir vermir. Nəticədə qəza qaçılmaz olur. Xoşbəxtlikdən sürücü avtomobili saxlayır və baş verə biləcək ağır qəzanın qarşısını alır. Hadisə zamanı sürücülər arasında xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh