Kürdəmirdə avtomobil aşıb, XƏSARƏT alanlar var

Qəzalar 30 Aprel 2024 08:40 Oxunub 220
Kürdəmirdə avtomobil aşıb, XƏSARƏT  alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmir rayonu ərazisində avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Avtosfer.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 35 yaşlı Ələsgərov Yusif Məhərrəm oğlu idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü ilə yanaşı 32 yaşlı Ələsgərova Aytəkin Bilal qızı da bədən xəsarətləri alıb.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Report.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh