Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var - YENİLƏNİB - VİDEO

Qəzalar 17 Aprel 2024 10:00 Oxunub 3978
Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var - YENİLƏNİB   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

 

09.42

Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.

Bu barədə məlumatı “Report”a onun həmkarları təsdiq edib.

Bildirilib ki, hadisə paytaxtın Zığ şosesində Gənclik parkının yaxınlığında qeydə alınıb.

Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili ilə toqquşub.

O, müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli "Report"a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saat 06.50 radələrində baş verib. Zığ şosesi ilə Sadıqcan küçəsinin birləşməsində iki “Hyundai” markalı minik avtomobili toqquşub: “Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh