Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO

Yol polisi 20 Aprel 2024 11:36 Oxunub 4626
Bakıda dava edən iki sürücü saxlanılıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Dünən paytaxtın Nərimanov rayonu ərazisində iki sürücünün yaranan tıxacı nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq mübahisə etməsini əks etdirən görüntülər araşdırılıb”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov oxu.az-ın sorğusuna cavab olaraq deyib.

O bildirib ki, həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

“Tərəflərin ərizə və izahatları alınıb. Alınan xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda təhqiqat davam etdirilir”, - deyə Elbrus İbrahimov məlumat verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh