Şəhərin mərkəzində "Mercedes"lə avtoxuliqanlıq edən sürücü tutuldu - VİDEO

Yol polisi 17 Aprel 2024 09:00 Oxunub 4326
Şəhərin mərkəzində "Mercedes"lə avtoxuliqanlıq edən  sürücü tutuldu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, 99-ZR-261 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla müxtəlif təhlükəli manevrlər edib. O, əks istiqamətli yola çıxıb, eyni zamanda avtomobilin təkərlərini asfalta sürtərək səs çıxarıb və bununla da əhalinin dincliyini nümayişkaranə şəkildə pozub.


DYP əməkdaşları tərəfindən toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə təqdim olunub. Məhkəmə sürücü Seyidov Müşfiq Səlim oğlu barəsində 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə tətbiq olunması barədə qərar qəbul edib. 

Fərid

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh