“Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyimizin qarantıdır” - FOTO

Yol polisi 16 Aprel 2024 19:30 Oxunub 738
“Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyimizin qarantıdır” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 16-da Zərdab rayon Polis şöbəsinin və Zərdab Gənclər evi SXM-in təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyimizin qarantıdır” mövzusunda təlim keçirildi.

Avtosfer.az xəbər verir ki, tədbirdə Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi , polis polkovnik leytenantı Seymur Əsədov, Zərdab rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi polis mayoru Murad Asifoğlu, Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı Rəvan Cəbrayılov, Zərdab rayon Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı Taleh Yaqubov və Zərdab Gənclər evinin metodisti Toğrul Abulov çıxış edərək yeniyetmə və gənclərin yol hərəkəti qaydaları haqqında bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanmasının əhəmiyyətindən, baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyindən bəhs etdilər.
Sonda tərəfindən mövzuya uyğun hazırlanmış maarifləndirici slayd nümayiş olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.


ŞƏRH YAZ
Ad

E-mail

Şərh